ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycana səfər edəcək

abs-dovlet-departamentinin-resmisi-azerbaycana-sefer-edecek
Oxunma sayı: 1899

ABŞ Dövlət Departamentinin nümayəndəsi 6-13 iyun tarixlərində Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın xarici siyasət idarəsindən bildirilib.

Məlumata əsasən, dövlət katibinin Avropa və Asiya üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker iyunun 6-dan 13-dək Tbilisi, Bakı və Yerevana səfər edəcək.

“Riker Gürcüstanda hökumət, müxalifət və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək”, - məlumatda deyilir.

Oxşar görüşlər Azərbaycan və Ermənistanda da keçiriləcək.