ABŞ dövlət katibi Meksikaya səfər edəcək

abs-dovlet-katibi-meksikaya-sefer-edecek
Oxunma sayı: 741

ABŞ dövlət katibi Reks Tillerson meksikalı həmkarı Lyuis Videqarayla görüş zamanı yaxın həftələrdə Meksikaya səfər edəcəyini bildirib.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Səfərin dəqiq vaxtı açıqlanmayıb.

Xatırladaq ki, fevralın 8-də Reks Tillerson və Lyuis Videqaray arasında Vaşinqtonda görüş olub.

Qeyd edək ki, Meksika və ABŞ arasında son zamanlar münasibətlər gərginləşib. Buna səbəb Donald Trampın yanvarın 25-də Meksika ilə sərhəddə divar çəkmək niyyətini təsdiqləməsi olub. O, bu səddin tikintisi üçün Meksikada ödəniş də tələb edib.