ABŞ dövlət katibi Rusiyada səfərdədir

abs-dovlet-katibi-rusiyada-seferdedir
Oxunma sayı: 770

ABŞ dövlət katibi Rusiyada rəsmi səfərdədir.

“Qafqazinfo” xəbər verir ki, Reks Tillerson Rusiyanın XİN rəhbəri Sergey Lavrovla danışıqlar aparacaq. 

Qeyd edək ki, bu, Tillersonun Moskvaya ilk rəsmi səfəridir. Tərəflərin Suriya, Liviya, Şimali Koreya, Ukrayna məsələsini müzakirə edəcəkləri gözlənilir. 

Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov isə bildirib ki, ABŞ dövlət katibi ilə görüş hələ ki, prezident Putinin qrafikində yoxdur.