ABŞ dövlət katibi Şimali Koreyaya gedib

abs-dovlet-katibi-simali-koreyaya-gedib
Oxunma sayı: 1020

ABŞ dövlət katibi Mayk Pompeo Şimali Koreyaya rəsmi səfər edib.

“Qafqazinfo” “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, o, Amerika- Koreya sammitinə hazırlıqla bağlı görüşlər keçirmək üçün bu ölkəyə gedib.

Qeyd edək ki, M. Pompeonun Şimali Koreyaya səfəri barədə bir neçə gün öncə prezident Donald Tramp məlumat vermişdi.