ABŞ-ın Dövlət katibi Entoni Blinken Azərbaycan daxil olmaqla Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Əfqanıstanı Novruz bayramı münasibətilə təbrik edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin feysbuk səhifəsində məlumat verilib.
Qeyd olunub ki, sözügedən ölkələrin səfirliklərinin birgə təşkilatçılığı, Meridian Beynəlxalq Mərkəzi və Mərkəzi Asiya Məsələləri üzrə Oksus Cəmiyyətinin moderatorluğu ilə Novruz bayramına həsr edilmiş onlayn tədbirdə çıxış edən E. Blinken hər kəsi Novruz bayramı münasibətilə təbrik edib.
Son xəbərlər
Son Xəbərlər