ABŞ Əfqanıstana əlavə hərbçilər göndərir

abs-efqanistana-elave-herbciler-gonderir
Oxunma sayı: 1550

“Əfqanıstandan çəkilmə prosesi davam edərkən, ölkəyə qüvvə qoruma və dəstək məqsədilə əlavə hərbçilər göndərməyi planlaşdırırıq və bölgədəki B-52 tipli nüvə tutumlu bombardman təyyarələrinin sayını altıya qədər artırmışıq”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Pentaqon sözçüsü Con Kirbi keçirdiyi brifinqdə deyib.

O bildirib ki, daha əvvəl dörd təyyarə bölgəyə göndərilmişdi:

“Əlavə quru qüvvələri göndərmək üçün planlarımızı qurmuşuq. Çəkilmə prosesinin təhlükəsiz olmasından əmin olmaq üçün lazımi tədbirləri almağa davam edəcəyik”.