ABŞ Əfqanıstana humanitar yardıma icazə verdi

abs-efqanistana-humanitar-yardima-icaze-verdi
Oxunma sayı: 893

ABŞ Xəzinə Nazirliyi Əfqanıstan xalqına mütəmadi yardım və ölkədəki əsas humanitar ehtiyacların təmin olunması üçün digər fəaliyyətlərin dəstəklənməsinə icazə verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Xəzinə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ sanksiyasının təsirinə məruz qalan bölgələrdə humanitar yardım və xidmətlərin təmin olunmasına icazə veriləcək:

“Xəzinə “Taliban”ı və digər sanksiyaya daxil olan qurumları, eləcə də, şəxsləri köməkdən məhrum edəcək.

Ancaq ABŞ Əfqanıstandakı mülki şəxslərin ABŞ hökuməti və beynəlxalq ictimaiyyətdən humanitar dəstək almaq qabiliyyətinin məhdudlaşdırılmamasını təmin etməyə qərarlıdır”.