ABŞ əhalisinin yarısı tam peyvəndlənib

abs-ehalisinin-yarisi-tam-peyvendlenib
Oxunma sayı: 1074

ABŞ əhalisinin yarısına iki doz koronavirus vaksini vurulub.

“Qafqazinfo” xəbər verir ki, bunu Ağ Evin Məlumat direktoru Kris Şapar tvitter hesabında bildirib.

“Amerikalıların hər yaşdan olmaqla, 50 faizi tam olaraq peyvəndlənib”, - o yazıb.

ABŞ Xəstəliklərin Kontrolu və Qarşısının Alınması Mərkəzinin məlumatına görə, ABŞ əhalisinin 49,9 faizi vaksinasiyadan keçib, 12 yaşdan yuxarı şəxslər də nəzərə alındıqda, bu rəqəm 58,4 faiz təşkil edir.