ABŞ El-Babda İŞİD-i bombaladı

abs-el-babda-isid-i-bombaladi
Oxunma sayı: 716

ABŞ Hərbi Hava Qüvvələri Əl-Babdakı İŞİD hədəflərini bombalayıb.

Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İŞİD-lə mübarizə koalisiyasının nümayəndəsi Con Dorrian bildirib.

Onun sözlərinə görə, hava zərbələri Türkiyə ordusunun apardığı “Fərat qalxanı” əməliyyatlarına dəstək xarakteri daşıyıb.

“Biz ümumi maraqlarımıza daxil olan bu hədəflərin məhv edilməsi üçün yaxşı imkan əldə etmişdik”,-deyə Dorrian söyləyib.

Bundan əvvəl Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ-ın Suriyanın şimalında aparılan Fərat qalxanı əməliyyatlarına hava dəstəyi vermədiyini açıqlamışdı