ABŞ “Əl-Qaidə” başçısını öldürdü

abs-el-qaide-bascisini-oldurdu
Oxunma sayı: 1736

Yəməndə ABŞ-ın həyata keçirdiyi əməliyyat zamanı “Əl-Qaidə” terror təşkilatının liderlərindən biri – Qasım ər-Raymi öldürülüb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Trampın bəyanatında deyilir.  

“Donald. C.Trampın göstərişi ilə Birləşmiş Ştatlar Yəməndə kontrterror əməliyyatı keçirib, nəticədə Ərəbistan yarımadasında “Əl-Qaidə”nin əsasını qoyan və lideri Qasım ər-Raymi məhv edilib”, - Ağ Evdən bildirilib.

Qeyd edək ki, Ərəbistan Yarımadasındakı "Əl-Qaidə" 2009-cu ildə Yəmən və Səudiyyədəki islamçı şəbəkələrin birləşməsi nəticəsində yaranıb.