ABŞ əlavə olaraq 100 milyon doz vaksin alır

abs-elave-olaraq-100-milyon-doz-vaksin-alir
Oxunma sayı: 809

“BioNTech/Pfizer” ABŞ-a daha 100 milyon doz koronavirus vaksini verəcək.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“BioNTech/Pfizer”dən bildirilib ki, ABŞ hökuməti vaksindən 100 milyon doz alıb:

“ABŞ-la daha əvvəl əldə edilmiş razılaşmaya əsasən, qərarlaşdırılan 200 milyon doz vaksindən əlavə 100 milyon doz da tədarük edilə bilər. Bununla ABŞ-a 300 milyon doz peyvənd satılmış olacaq”.

Qeyd edilib ki, ABŞ hökuməti yeni alınan vaksinlər üçün 1,95 milyard dollar ödəyəcək.

Bununla ABŞ, ümumilikdə, 600 milyon doz koronavirus peyvəndi almış olacaq.