ABŞ ələ keçirdiyi İran neftini 27 milyona satdı

abs-ele-kecirdiyi-iran-neftini-27-milyona-satdi
Oxunma sayı: 2029

ABŞ rəhbərliyi Ərəbistan dənizində ölkənin donanması tərəfindən ələ keçirilən İran neftini satıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ABŞ Ədliyyə Nazirliyi yayıb.

“Məhkəmə qərarına əsasən, müsadirə olunan neft satılıb. Satılan neftdən əldə edilən ümumi gəlir 26,7 milyon dollar təşkil edir. Bu vəsaitlər Amerikanın Terror Qurbanlarına Yardım Fonduna köçürülə bilər”, - deyə nazirliyin məlumatında qeyd olunur.

Satılan neftin həcmi 1,1 miyon barrel olub. Bununla yanaşı, Ədliyyə Nazirliyi neftin ələ keçirilməsi ilə nəticələnən dəniz əməliyyatlarının nə vaxt həyata keçirildiyini açıqlamayıb. Lakin qurum İran neftinin Venesuelaya gedən dörd tankerdən müsadirə edildiyini bildirib.