ABŞ Əliyevlə Sarkisyanı görüşdürmək istəyir - Vaşinqtonda

abs-eliyevle-sarkisyani-gorusdurmek-isteyir
Oxunma sayı: 2143

Azərbaycan və Ermənistan prezidentləri ABŞ-da görüşə bilər.

“Qafqazinfo” Ermənistan KİV-ə istinadən xəbər verir ki, prezident İlham Əliyevlə Serj Sarkisyan arasındakı görüş Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində baş tuta bilər. Diplomatik dairlərin məlumatına görə, ATƏT-in Minsk qrupu ölkələri, xüsusən də ABŞ Sarkisyan-Əliyev görüşünə nail olmaq üçün bütün səylərini birləşdirib.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obamadan Azərbaycan prezidenti İlham Əliyevə martın 31-də açılışı olacaq Sammitdə iştirak etməsi üçün dəvət gəlmişdi.

Qeyd edək ki, hər iki ölkə lideri sonuncu dəfə ötən ilin dekabrında Berndə görüşmüşdülər.