ABŞ Ermənistan MN-ə məsləhətçilər göndərəcək - KİV

abs-ermenistan-mn-e-meslehetciler-gonderecek
Oxunma sayı: 2140

ABŞ Ukrayna, Ermənistan, Moldova və Balkan ölkələrinin Müdafiə nazirliklərinə məsləhətçilər göndərəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Intelligence Online” portalı yayıb.

Bildirilir ki, məsləhətçilər sözügedən ölkələrin müraciəti əsasında göndəriləcək.

Məlumata görə, burada məqsəd həmin ölkələrin nazirliklərini Amerika qüvvələri ilə daha koordinasiyalı etmək və onları Rusiya modelindən uzaqlaşdırmaqdır.