“ABŞ Ermənistan və Azərbaycana kömək etməyə hazırdır”

abs-ermenistan-ve-azerbaycana-komek-etmeye-hazirdir
Oxunma sayı: 1268

“ABŞ uzunmüddətli sülhə nail olunmasında Ermənistan və Azərbaycana kömək etməyə hazırdır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyinin Dövlət katibinin köməkçisinin müavini Erika Olsonun İrəvana səfərinin yekunlarına dair yaydığı məlumatda qeyd edilib.

Məlumata görə, Olson İrəvanda keçirdiyi görüşlərdə, həmçinin ABŞ-nin gərginliyi azaltmaq üçün iki ölkəyə yardım etməyə hazır olduğunu vurğulayıb.