“ABŞ Ermənistanın Rusiya ilə ənənəvi möhkəm münasibətlərindən əl çəkməsi üçün şərait yaratmağa çalışır”.
“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn deyib.
C. O`Brayn Senatın Xarici Əlaqələr Komitəsinin dinləmələrində çıxış edərək Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətləri pozmaq üçün atdığı addımları alqışlayıb.
“Ermənistan əhalisinin əhəmiyyətli bir hissəsi Rusiyadan uzaqlaşmaq istəyir. Beləliklə, biz (ABŞ hakimiyyəti) bunun baş verməsi üçün şərait yaradırıq”, - O'Brayn əlavə edib.
Son xəbərlər
Son Xəbərlər