ABŞ əsgərləri “Əş-Şəbab”a hücum etdi

abs-esgerleri-es-sebaba-hucum-etdi
Oxunma sayı: 757

Terrorçularla mübarizədə Somali ordusuna dəstək məqsədilə göndərilən 50 ABŞ əsgəri “Əş-Şəbab” terrorçu qruplaşmasının toplanma məntəqəsinə hücum edib.

“Qafqazinfo” Anadolu agentliyinə istinadən xəbər verir ki, hava əməliyyatı paytaxt Moqadişudan 400 km uzaqlıqda baş tutub.

Əməliyyatın nəticələri barədə məlumat verilməyib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp ABŞ Afrika Komandirliyinə (AFRİKOM) Somalidə tək tərəfli əməliyatlar keçirmək hüququ vermişdi.