ABŞ esminetsi ticarət gəmisi ilə toqquşub - İtkin düşənlər var + Video

abs-esminetsi-ticaret-gemisi-ile-toqqusub
Oxunma sayı: 702

Yaponiyanın Yokosuka şəhəri dəniz sularında ABŞ hərbi gəmisi ilə ticarət gəmisi toqquşub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Məlumata görə, “USS Fitzgerald” esminetsi Yokosuka şəhərindən cənub-qərbdə ticarət gəmisi ilə toqquşub. ABŞ Hərbi-Dəniz Qüvvələri yardım üçün Yaponiya sahil mühafizəsinə müraciət edib. ACX Crystal ticarət gəmisi isə Filippin bayrağı altında üzürmüş.

NHK kanalının məlumatına görə, qəza nəticəsində 7 nəfər itkin düşüb. Bir hərbçi isə xəsarət alıb.

Qeyd edək ki, ABŞ hərbi gəmisinin uzunluğu 154 metr, Filippin ticarət gəmisinin uzunluğu isə 222 metrdir.