Avropa Yayım Birliyi (EBU) ABŞ-ın yarışmanı canlı yayımlayacağını təsdiq edib.
“Qafqazinfo” xəbər verir ki, yarışmanın finalını 13 may tarixində Logo TV-də Amerika saatı ilə canlı olaraq 15:00-da yayımlanacaq.
Michelle Visage və Ross Mathews bu il "Eurovision" müsabiqəsini amerikan tamaşıçıları üçün şərh edəcəklər.
Qeyd edək ki, bu kanalı ABŞ- da 50 milyondan çox amerikalı evdar qadın izləyir.
Bundan əlavə, artıq Amerika iki ildir ki, müsabiqəni yayımlamağa başlayıb. Kanalın bir neçə il sonra EBU-ya üzv olacağı və ABŞ-ın tezliklə yarışmada iştirak edəcəyi istisna edilmir.
Lakin, kanalın rəsmisi Pamela Post bu mövzuda suallara cavab verməyib.
Son xəbərlər
Son Xəbərlər