ABŞ Fələstinə 200 milyon ayırmaq fikrindən daşındı

abs-felestine-200-milyon-ayirmaq-fikrinden-dasindi
Oxunma sayı: 1040

ABŞ Fələstinə 200 milyon dollar dəyərində humanitar yardım ayırmaq niyyətindən daşınıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.

Humanitar yardımdan imtinaya səbəb HƏMAS-ın bölgədə atdığı addımlardır.  

Qeyd olunub ki, Fələstinə humanitar yardımın ayrılması qərarına ABŞ prezidenti Donald Tramp yenidən baxıb. Qərara alınıb ki, bu vəsait İordaniyanın Qərb sahillərində və Qəzzada digər "prioritet" layihələrin həyata keçirilməsinə sərf ediləcək.