ABŞ Finlandiyanın NATO-ya üzlüyünü bu tarixə qədər ratifikasiya edə bilər

abs-finlandiyanin-nato-ya-uzluyunu-bu-tarixe-qeder-ratifikasiya-ede-biler
Oxunma sayı: 1530

“ABŞ Finlandiyanın NATO-ya üzvlüyünü payıza qədər ratifikasiya etmək niyyətindədir”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu konqresmen Mitç Makkonnell Helsinkidə Finlandiya Prezidenti Sauli Niinistö ilə birgə brifinqdə deyib.

“Biz Finlandiyanın NATO-ya üzlüklə bağlı ərizəsini ratifikasiya edən ilk ölkə olmaq niyyətindəyik. Biz bunu mümkün qədər tez etmək istəyirik”, - deyə amerikalı konqresmen söyləyib.

Qeyd edək ki, müxtəlif qiymətləndirmələrə görə, Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı ərizələrinin ratifikasiya prosesi bir ilə qədər vaxt tələb edə bilər.