“ABŞ Fransa ilə eyni taleyə məhkum olmayacaq”

abs-fransa-ile-eyni-taleye-mehkum-olmayacaq
Oxunma sayı: 1317

“Mən prezident olsam, səyahət qadağası əvvəlkindən daha geniş və güclü şəkildə tətbiq olunacaq”.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri ABŞ-nin eks-Prezidenti Donald Tramp 2024-cü il seçki kampaniyası çərçivəsində Ayova ştatında keçirilən mitinqdə bildirib.

Prezidentliyi dövründə əksəriyyəti müsəlman olan bəzi ölkələrə tətbiq etdiyi səyahət qadağasını xatırladan Tramp vurğulayıb ki, ABŞ Fransa ilə eyni taleyə məhkum olmayacaq: “İnsanların alış-veriş məkanlarımızı, şəhərlərimizi havaya uçurmasını və əkin sahələrimizin oğurlanmasını istəmirik”.

Qeyd edək ki, Tramp 2017-ci ildə vəzifəyə gəldikdən bir həftə sonra, yanvarın 27-də İran, Suriya, Liviya, Yəmən, Somali, Çad və Şimali Koreyaya səyahət qadağası qoymuş, lakin qərarın hava limanlarında geniş etirazına səbəb olmasından sonra geri addım atmışdı.

ABŞ-nin hazırkı Prezidenti Co Bayden vəzifəsinin ilk həftəsində imzaladığı fərmanla Trampın bəzi ölkələrə qarşı saxladığı səyahət qadağasını ləğv edib.