ABŞ gəmiləri Fars körfəzində İran gəmilərinə xəbərdarlıq atəşi açdı

abs-gemileri-fars-korfezinde-iran-gemilerine-xeberdarliq-atesi-acdi
Oxunma sayı: 1833

Fars körfəzində ABŞ Hərbi Dəniz Qüvvələrinin patrul gəmisi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid olduğu güman edilən üç gəmiyə bir neçə xəbərdarlıq atəşi edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, hadisə üç gəminin ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin gəmisinə yaxınlaşmasından sonra baş verib.

“ABŞ ekipajları radio və səsucaldanlar vasitəsilə bir neçə dəfə xəbərdarlıq etsə də, SEPAH gəmiləri yaxın məsafədə manevrlərinə davam edib. Daha sonra “Firebolt” ekipajı xəbərdarlıq atəşi açıb”, - deyə məlumatda qeyd olunur.

Qeyd edilir ki, bundan sonra SEPAH-ın gəmiləri ABŞ-ın gəmilərindən təhlükəsiz məsafəyə çəkilib.