ABŞ Gürcüstan şirkətinə sanksiya tətbiq etdi - İrana görə

abs-gurcustan-sirketine-sanksiya-tetbiq-etdi
Oxunma sayı: 1365

ABŞ Gürcüstanın “Georgia Petrochemical and Aviatech” şirkətinə qarşı iqtisadi sanksiya tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Amerikanın İqtisadiyyat Nazirliyinin saytında yazılıb. Şirkətə məhdudiyyətlər İranla əlaqələrinə görə qoyulub. Belə ki, adçıkilən şirkət qanunsuz yolla alüminium borular alıb onları Malayziya vasitəsilə İrana ixrac etməkdə günahlandırılır.

Şirkətə ABŞ-dan məhsullar almaq qadağan edilib.