ABŞ hökuməti Haiti Prezidenti Jovenel Moizin qətlə yetirilməsi ilə əlaqədar istintaq çərçivəsində saxlanılan iki amerikalı ilə bağlı vəziyyəti diqqətlə izləyir.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Calina Porter bildirib.
“Əlbəttə, biz Haitidə iki ABŞ vətəndaşının saxlanılmasından xəbərdarıq, vəziyyəti diqqətlə izləməyə davam edirik, lakin konfidensiallıq baxımından əlavə şərh verməyəcəyik”, - o deyib.
Porter istintaqla bağlı ətraflı məlumat üçün Haiti hökumətinə müraciət etməyi məsləhət görüb.
Qeyd edək ki, Haiti prezidenti Jovenel Moiz və həyat yoldaşı iyulun 7-də prezident iqamətgahına hücum nəticəsində öldürülüblər. Sui-qəsdlə bağlı 28 şübhəli saxlanılıb. Onlardan 26-sı Kolumbiya, 2-si isə ABŞ vətəndaşıdır.
Son xəbərlər
Son Xəbərlər