Haiti hökuməti Birləşmiş Ştatlardan təhlükəsizlik sahəsində, həmçinin Prezident Jovenel Moizin qətlinin istintaqı ilə bağlı yardım istəyib.
“Qafqazinfo” xəbər verir ki, bunu TASS-a Dövlət Departamentinin nümayəndəsi təsdiqləyib.
“Haiti hökuməti təhlükəsizlik sahəsində və istintaqla bağlı yardım istədi. Və biz Birləşmiş Ştatların necə kömək edə biləcəyini müzakirə etmək üçün Haitinin vəzifəli şəxsləri ilə müntəzəm əlaqədəyik”, - xarici siyasət idarəsinin əməkdaşı deyib.
Daha əvvəl “Reuters” agentliyi bildirmişdi ki, Haiti hökuməti Prezident Jovenel Moizin qətlindən sonra ölkədəki əsas infrastrukturu qorumaq üçün ABŞ-dan hərbi yardım istəyib.
***
Hazırda ABŞ Haitiyə hərbi yardım göstərməyi planlaşdırmır.
Bu barədə “Reuters” agentliyi ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsinə istinadən bildirib.
Son xəbərlər
Son Xəbərlər