ABŞ hərbçiləri Almaniyada qəzaya uğradı

abs-herbcileri-almaniyada-qezaya-ugradi
Oxunma sayı: 2191

Almaniyada ABŞ ordusuna məxsus bir neçə hərbi maşın toqquşub.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə aprelin 17-də baş verib.

Qəza Bavariyada Amberg şəhəri yaxınlığında qeydə alınıb.

Avtobanda baş verən qəza nəticəsində biri ağır olmaqla 7 əsgər yaralanıb.