ABŞ hərbçiləri Suriyada İran PUA-sını vurdular - Fotolar

abs-herbcileri-suriyada-iran-pua-sini-vurdular
Oxunma sayı: 1786

Amerikalı hərbçilər Suriyada İran istehsalı olan pilotsuz uçuş aparatı (PUA) vurublar. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) öz tviter hesabında paylaşıb. 

Məlumata görə, PUA ABŞ-nin Suriyanın şimal-şərqində yerləşən hərbi bazasının yaxınlığında kəşfiyyat uçuşu həyata keçirməyə cəhd edib. 

Bununla yanaşı, “CENTCOM” PUA-nın vurulmazdan əvvəlki və sonrakı fotosunu da paylaşıb. İnsidentlə bağlı digər detallar açıqlanmayıb.