ABŞ hərbçilərin ölüm xəbərini təkzib edib

abs-herbcilerin-olum-xeberini-tekzib-edib
Oxunma sayı: 719

ABŞ Əfqanistandakı bazaya basqın zamanı 4 amerikalı əsgərin ölümü barədə məlumatı təkzib edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentlik daha əvvəl Məzari-Şərifdəki hərbi bazaya əfqan əsgərinin hücumu nəticəsində 4 ABŞ hərbçisinin öldüyü barədə məlumat yaymışdı.

ABŞ hərbi komandanlığının Kabildəki nümayəndəsi Şahin düşərgəsində hərbçilər arasında xəsarət alanlarln olduğunu bildirib, ancaq onların dəqiq sayını söyləməyib.

Onun sözlərinə görə, bir əfqan əsgəri ölüb, daha bir nəfər xəsarət alıb.

Qeyd edək ki, sözügedən hərbi bazada ABŞ-ın 209-cu korpusu yerləşir.