Amerikalı hərbi qulluqçular tezliklə Şərqi Avropa ölkələrinə göndəriləcək.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Prezidenti Co Bayden açıqlayıb.
“Yaxın zamanlarda ABŞ qoşunlarını Şərqi Avropaya, NATO ölkələrinə göndərəcəm”, - deyə Bayden qeyd edib.
Ağ Evin məlumatına görə, 8500 ABŞ hərbçisi NATO-nun “şərq cəbhəsini” gücləndirmək üçün yüksək döyüş hazırlığı vəziyyətindədir.
Son xəbərlər
Son Xəbərlər