ABŞ hərbi gəmiləri zərbə mövqeyi tutub

abs-herbi-gemileri-zerbe-movqeyi-tutub
Oxunma sayı: 653

ABŞ Hərbi Donanmasının iki gəmisi KXDR-in nüvə sınaqları keçirəcəyi ehtimal edilən yerlərə 300 mil məsafədə mövqe tutub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə NBC telekanalı kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.

ABŞ bununla nüvə sınağının qarşısını almağı planlaşdırır.

Kəşfiyyatın məlumatına görə, Şimali Koreya həftə sonu növbəti nüvə sınağı keçirəcək.

Qeyd edək ki, KXDR-in raket sınaqlarından sonra, ABŞ-ın Şimali Koreyaya zərbə endirməsinin mümkünlüyü Asiyada və dünyada əsas müzakirə mövzusuna çevrilib.