4 iyul tarixində ABŞ-da Müstəqillik günü münasibəti ilə keçirilən hərbi parada xərclənən vəsaitin miqdarı açıqlanıb. “Qafqazinfo” “CBS” telekanalına istinadən xəbər verir ki, Müdafiə Nazirliyi sözügedən paradı təşkil etmək üçün 1,2 milyon ABŞ dolları sərf edib.
Bu məbləğə tankların və hərbi maşınların bir ərazidən digər əraziyə aparılması xərcləri, eləcə də qırıcıların nümayiş uçuşları daxildir. Vəsait hərbi xidmətlərin büdcəsindən ayrılıb.
Bu məqamda onu da qeyd edək ki, bir çoxları ABŞ prezidenti Donald Trampı hərbi parada görə tənqid edib. Onlar onu vergi ödəyicilərinin pulunu tədbir keçirilməsinə sərf etdiyinə görə qınayıb.
Son xəbərlər
Son Xəbərlər