“ABŞ hərbi yolla Tayvanı müdafiə etməyə hazırdır”

abs-herbi-yolla-tayvani-mudafie-etmeye-hazirdir
Oxunma sayı: 1327

“ABŞ ehtiyac yaranarsa, hərbi yolla Tayvanı müdafiə etməyə hazırdır”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu Yaponiyada səfərdə olan ABŞ Prezidenti Co Bayden deyib.

“Bəli, bu, bizim üzərimizə götürdüyümüz öhdəliyimizdir”, - deyə Bayden sözügedən məsələ ilə bağlı jurnalistin sualına cavab verərkən söyləyib.

Qeyd edək ki, Bayden Tokioda ölkənin Baş naziri Fumio Kisida ilə danışıqlar aparıb.