ABŞ hökuməti Baydenlə Putinin görüşünü konstruktiv hesab edir

abs-hokumeti-baydenle-putinin-gorusunu-konstruktiv-hesab-edir
Oxunma sayı: 1209

Amerika hökuməti hesab edir ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Baydenin Cenevrədəki görüşü konstruktiv şəkildə keçirilib, Moskva ilə Vaşinqton arasında münasibətlərdə isə yaxşılığa doğru irəliləyiş müşahidə olunub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Cenevrədə jurnalistlər üçün keçirilən xüsusi brifinqdə ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Putin və Baydenin danışıqları çox birbaşa, konstruktiv, polemikasız, faktlara əsaslanan idi:

“Mən deyərdim ki, Prezidentdən (Bayden-red.) eşitdiyiniz kimi, bir neçə sahədə məhsuldar irəliləyiş var, hər şeydən əvvəl, mövcud razılaşmalarla əhatə olunmayan sahələrdə silahlara nəzarət üçün əlavə tədbirləri öyrənə bilib-bilməyəcəyimizi müəyyən etmək üçün strateji sabitlik prosesinin başlanması. Daha doğrusu, mövcud razılaşma ilə bizdə Yeni DSNV (Strateji hücum silahları haqqında müqavilə-red.) və onun uzadılması var. Belə ki, bu, həm praktik, həm də məhsuldardır”.