“ABŞ hökuməti tviter platformasında istifadəçilərin mesajlarını oxumaq səlahiyyətinə malikdir”.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu tviter sosial platformasının rəhbəri, milyarder İlon Mask jurnalistlərə açıqlaması zamanı deyib.
Mask bildirib ki, ABŞ hökumətinin tviter istifadəçilərinin mesajlarını oxumaq hüququnun olduğunu öyrənəndə şoka düşüb:
"ABŞ hökumətinin tviterdə baş verən hər şeyə tam giriş imkanına malik olması məni heyrətə gətirdi və bundan xəbərim yox idi".
Son xəbərlər
Son Xəbərlər