İran prezidenti Həsən Ruhani ABŞ-ı "diz çökdürəcək"lərinə söz verib.
"Qafqazinfo"nun "RİA Novosti"yə istinadən məlumatına görə, Ruhani çıxışında "Biz heç bir halda ABŞ-a təslim olmayacağıq və tarixi-milli iradəmizi qoruyaraq bu mübarizədə ABŞ-ı diiz çökdürəcəyik" deyib. Ölkədəki işsizlər probleminə də toxunan Ruhani hökumətin bu məsələni həll etmək üçün daha güclü səylə çıxış edəcəyini bildirib:
"Biz dünyaya göstərməliyik ki, problemlər və çətinliklər yaşasaq da, azadlığımızı, müstəqilliyimizi, demokratiyanı, respublika quruluşunu, dini və mədəniyyətimizi dəyişmirik".
Son xəbərlər
Son Xəbərlər