Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini ABŞ-ın dünya liderliyi rolunu itirməsinin mümkünlüyü ilə bağlı narahatlığını ifadə edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Aİ diplomatiyasının rəhbəri bildirib ki, heç vaxt ABŞ-ı indiki kimi parçalanmış, münaqişələrin ağırlığı ilə yüklənmiş görməyib:
“Ancaq qlobal lider rolunu oynamaq istəyən daxilən güclü, özünə güvənən və vahid olmalıdır. Əgər dünyanın ən iri demokratiyası bu səviyyədə gərginlik nümayiş etdirirsə, bu, yerdə qalan dünya üçün sabitliyi pozan amildir”.
Son xəbərlər
Son Xəbərlər