“ABŞ-ı təmsil edən axmaq...” - Tramp Çinlə savaşa girdi

abs-i-temsil-eden-axmaq
Oxunma sayı: 2570

ABŞ-ın Çin mallarına tətbiq etdiyi 25 faiz əlavə dəyər vergisinə rəsmi Pekin adekvat cavab verib.

“Qafqazinfo” xəbər verir ki, Çin ABŞ-dan idxal edilən mallara yeni əlavə tariflər tətbiq edəcəyini açıqlayıb. 

Ekspertlərin fikrincə, bu, ABŞ-la Çin arasında ticarət müharibəsinin başlamasına yol açacaq, hər iki tərəf üçün itki ilə nəticələnəcək. 

ABŞ prezidenti Donald Tramp isə tvitterdə yazılı açıqlamasında bildirib ki, Çin ilə ticarət savaşı aparmır: “Müharibəni illər əvvəl ABŞ-ı təmsil edən axmaq və bacarıqsız insanlar uduzdular. İndi illik 300 milyard dollarlıq ticari defisitimiz var. Bunun davam etməsinə izn verə bilmərik”.