ABŞ-ın 130 milyonluq PUA-sı yerə çırpıldı

abs-in-130-milyonluq-pua-si-yere-cirpildi
Oxunma sayı: 2776

ABŞ-a məxsus PUA texniki nasazlıq səbəbindən Şimali Dakota ştatında yerə çırpılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Global Hawk” PUA-nın düşdüyü yerdə yanğın baş verib.

Yanğın qısa müddətdə söndürülüb. Yerə çırpılan PUA 130 milyon dollar dəyərində olub.

Qeyd edək ki, “Global Hawk” ABŞ Hava Qüvvələrinin 18 ayda qəzaya uğrayan üçüncü PUA-sıdır.