ABŞ-ın 3 ştatı Trampa qarşı alyans yaratdı

abs-in-3-stati-trampa-qarsi-alyans-yaratdi
Oxunma sayı: 699

ABŞ-ın Kaliforniya, Nyu-York və Vaşinqton ştatlarının qubernatorları prezident Donald Trampın ölkəni  Paris iqlim müqaviləsindən çıxarmaqla bağlı qərarına qarşı birləşiblər.

“Qafqazinfo”nun “Time” nəşrinə istinadən verdiyi məlumata görə, Kaliforniyanın qubernatoru Cerri Braun Trampın qərarını ağılsız addım kimi dəyərləndirib.
Brauna Vaşinqtonun qubernatoru Cey İnsli və Nyu-Yorkun qubernatoru Endryu Kuomo da qoşulub. 

Üç ştatın rəhbərləri təxminən 200 ölkə tərəfindən imzalanmış müqaviləni dəstəkləmək məqsədilə alyans yaradıblar.