“ABŞ-ın açıqlamasını dərin narahatlıqla qarşılayırıq” - Altun

abs-in-aciqlamasini-derin-narahatliqla-qarsilayiriq
Oxunma sayı: 2483

“ABŞ-ın bəzi əfqanların Türkiyə də daxil olmaqla üçüncü ölkələr vasitəsi ilə ABŞ-a miqrasiya üçün müraciət edə biləcəkləri ilə bağlı açıqlamasını dərin narahatlıqla qarşılayırıq”.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun deyib.

O, əlavə edib ki, Türkiyə heç kimin gözləmə otağı deyil və olmayacaq.

“Bölgəmizdəki şərtlər və ölkəmizin 4 milyondan çox qaçqına illərdir ev sahibliyi etdiyini nəzərə alaraq qaydasız köçü təşviq edəcək belə bir çağırış qəbuledilməzdir. Sərhədimizin təhlükəsizliyini qorumaq üçün var gücümüzlə çalışmağa davam edəcəyik”, - deyə Altun qeyd edib.