“Qafqazinfo” haqqın.az-a istinadən xəbər verir ki, Amerikanın Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası olan İREX 2008-ci ildən 2013-ə qədər ümumi dəyəri 730 min manat olan 29 qrant ayırıb. Bu təşkilatın Azərbaycandakı sədri isə ABŞ vətəndaşı olan Sara Henessidir. Yazıda qeyd olunur ki, lakin nədənsə göstərilən dövrdə rəhbərlik cəmi 40 min manat qrant dəstəyi alıb və qalan subsidiyanın taleyi isə sual olaraq qalır.
Ümumilikdə isə 730 min manatın nəyə sərf olunduğu sual olunur.
Müəllif bildirir ki, bütün pullar müxalifətə müxalifətçilərə yaxın təşkilatlara israf olunub: “Zəhmət olmasa, cənab Morninqstar, həqiqəti gün işığına çıxarın və cavab verib ki, niyə bütün maliyyə vəsaitləri müxalifət strukturlarına xərcləndi?”.
Araşdırmada əlavə olunur ki, 2013-cü ildə seçki ərəfəsində həmin Amerika təşkilatının pullarına www.azerbaijanelections.org saytı yaradıldı. Müvəqqəti layihənin yaradılmasına 10 min dollar ayrıldı. Seçki başa çatan kimi isə sayt öz fəaliyyətini dayandırdı. Müəllif qeyd edir ki, seçki dövründə və seçkidən sonra da seçkinin nəticələrini şübhə altına alaraq sayt müxalif mövqedən çıxış edib. Qrant “Turan” informasiya agentliyinə ayrılmışdı. Saytla məsələ yekunlaşmır və hökumətə hücum nəzərdə tutan www.seckiportali.az resursu yaradılır. Birinci resursdan fəqrli olaraq bu sayt hələ də fəaliyyət göstərir. Bu saytın yaradılması üçün pullar isə müxalifət lideri Əli Kərimlinin tərəfdarlarından olan, “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbəyliyə çatır. Antihökumət saytın yaradılmasına 25 min dollar ayrılır. Daha sonra bildirilir ki, hökumətin aktiv tənqidçilərindən olan Emin Hüseynova isə fantastik məbləğ ayrılır. O, dəyəri 275 min dollar olan 5 qrant əldə edib. Digər hökumət tənqiçilərindən olan Rəşid Hacılı 128 min dollar əldə edir. İnter televiziya olan «Каnal 13» yaradılması üçün müxalifətçi Anar və Əziz Orucov qardaşlarına 46 min dollar ayrılır. Bu internet TV-nin saytına girişin isə hazırda mümkün olmadığı vurğulanır. Müəllifin ABŞ səfirinə ünvanladığı növbəti sual isə Amerika Hüquqşünaslar Assosiasiyasınən hansı məqsədlə 206 min dollar xərcləməsi ilə bağlıdır.
2003-cü ildən 2013-ə kimi Amerika Hüquqşünaslar Assosiasiyasının Azərbaycandakı rəhbərliyi təxminən 588 min dollar əldə edib. Həmin pullardan müxtəlif təşkilatlara ümumilikdə 519 min manat ayrılır. Daha sonra müəllif həmin pullardan müxalifətçilərin nə qədər əldə etdiklərinə diqqət ayırır: Müxalifət fəalları Vidadi Mirkamal, İntiqam Əliyev və Ənnağı Hacıbəyli 91 min dollar, Rəşid Hacılı 90 min dollar, Sabir Rüstəmxanlının qardaşı Əlövsət Əliyev 10 min dollar və 2008, 2013-cü illər prezident seçkilərinin əsas tənqidçisi QHT “Demokratiyanın Tədrisi” üçün 15 min dollar.
Müəllifin səfirə ünvanladığı növbəti sual isə "Revenue Watch” institutunun 952 min manatı hara xərcləməsi ilə bağlı olub.
Yazıda qeyd olunur ki, baxmayaraq ki, bu institutun rəhbərliyinə Azərbaycanda qeydiyyatdan keçmək qadağan edilir, 2006-dan 2013-ə kimi institut müxalifətyönlü təşkilatlara 952 min manat ayırıb. İnstitutun həyata keçirdiyi 25 qrant layihəsindən ən böyük pay isə müsavatçı Qubad İbadoğlu, cəbhəçi Məhəmməd Talıblı, Rövşən Ağayevin rəhbərlik etdiyi “Milli büdcə qrupu”na çatır. Qeyd olunur ki, bu qrupun da əsas istiqaməti hökumətin iqtisadi siyasətinin sərt tənqidindən ibarət idi .
E.Fətullayevin növbəti sualı isə USAİD-in nədən müxalif QHT-yə maliyyə yardımı artırması ilə bağlı olur. Yazıda vurğulanır ki, Azərbaycan müstəqilliyini əldə etdiyi dövrdən bu yana -1992-dən başlayaraq agentlik ölkəmizə 300 milyon dollar həcmində yardım edib. Lakin dövlət statusunun olmasına baxmayaraq, bu agentlik son illər, xüsusən 2010-2013-dən öz qrant siyasətində QHT-nin maliyyələşməsinə və onlara dəstək olmağa üstünlük verməyə başlayır. Son illər Azərbaycan QHT-yə 8 milyon 200 min dollar və daha 93 min manat ayrılır. Sonuncu sual isə NED fondunun nəyə xərclədiyi müammalı qalan 3 milyon 500 min dollarından gedir. Əksər ekspertlərin rəyincə MDİ (Milli Demokratiya İnstitutu) kimi ABŞ kəşfiyyat xidməti ilə birgə çalışan bu fond 2003-2013-cü illərdə Azərbaycan QHT-nə dəyəri 3 milyon 500 min olan 78 qarnt təqdim edib. Maliyyəşdirdiyi əsas təşkilatların isə müxalifyönlü olduğunu vurğulayan müəllif “Açıq Fikir Universiteti”, “Turan” agentliyinin “Obyektiv TV”nin və “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi” nin adını çəkir.