ABŞ-ın Bağdaddakı hərbi bazasına raket hücumu

abs-in-bagdaddaki-herbi-bazasina-raket-hucumu
Oxunma sayı: 1673

İraqda Bağdad Beynəlxalq Hava Limanı yaxınlığındakı ABŞ hərbçilərinin yerləşdirildiyi “Camp Victory” bazasına raket hücumu olub.

“Qafqazinfo” xəbər verir ki, “Al Mayadeen” kanalı hücumun hədəfinin məhz bu baza olduğunu bildirib.

Hücumdan sonra təhlükəsizlik siqnalı işə düşüb.

Hadisə nəticəsində hər hansı insan tələfatının olub-olmadığı hələlik açıqlanmayıb.