“ABŞ-ın bəyanatı təhqiredicidir” - Putindən sərt cavab

abs-in-beyanati-tehqiredicidir
Oxunma sayı: 3510

Ağ Ev nümayəndəsinin prezident Putinin ünvanına işlətdiyi təhqiredici ifadələr Rusiyada 2018-də baş tutacaq seçki kampaniyasından öncə dövlət başçısını ləkələməyə hədəflənib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, belə bir açıqlama ilə Putinin mətbuat katibi Dmitriy Peskov çıxış edib. Peskov onu da əlavə edib ki, Putin 2018-ci il prezident seçkilərinə qatılıb-qatılmayacağı ilə bağlı hələ qərar qəbul etməyib. 

Peskov hələ seçkilərə çox vaxt qaldığını deyərək hazırda belə bir qərar qəbul etməyə ehtiyac olmadığını bildirib:

“Görürük ki, okeanın o tayında bizdəki seçkilərlə bağlı artıq hazırlıqlara başlanılıb. Rusiyada prezident seçkilərinə iki ildən çox vaxt var, lakin görünür hazırlıqlar artıq başlayıb”. 

O qeyd edib ki, Putin Ağ Evin bəyanatı ilə tanışdır və  ABŞ-ın Rusiya hökumətinin korrupsiyalaşması ilə bağlı bəyanatını qəbuledilməz və təhqiredici hesab edib. 

“Misal üçün, əgər mən Barak Obamanı korrupsiyada ittiham etsəydim, dərhal postumdan azad edilərdim”.

Xatırladaq ki, bu həftə antirusiya sanksiyaları hazırlayan ABŞ Maliyyə nazirinin nümayəndəsi Adam Şubin Putini “korrupsiyanın təcəssümü” adlandırmışdı.