ABŞ-ın bir neçə ştatı böcəklərin hücumuna məruz qalıb

abs-in-bir-nece-stati-boceklerin-hucumuna-meruz-qalib
Oxunma sayı: 1455

ABŞ-ın bir neçə ştatının sakinləri dövri qanadlı böcəklərin hücumundan narahatdır. 

"Qafqazinfo" "NBC News” telekanalına istinadla xəbər verir ki, böcəklər Virciniya, Merilend və Corciya ştatlarında daha fəaldır. Lakin yaxın vaxtlarda şərq sahilinin əksər hissəsində temperaturun yüksəlməsi nəticəsində qanadlı həşəratların daha da artması gözlənilir.

Mütəxəssislərin sözlərinə görə, bu həşəratlar torpaq altından son 17 ildə ilk dəfədir çıxır.