ABŞ-ın daha bir şəhərində komendant saatı tətbiq edildi

abs-in-daha-bir-seherinde-komendant-saati-tetbiq-edildi
Oxunma sayı: 1123

ABŞ-ın Nyu-York şəhərində də etiraz aksiyaları səbəbindən komendant saatı elan edilib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə şəhərin qubernatorunun mətbuat xidməti bildirib.

“Qubernator Endryu Kuomo və mer Bill de Blazio Nyu-Yorkda komendant saatı tətbiq edilməsi haqda qərara gəliblər. Komendant saatı bu gün ABŞ vaxtı ilə 23:00-dan sabah saat 05:00-dək davam edəcək”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, Minnesota ştatında afroamerikalı Corc Floydun polis əməkdaşı tərəfindən boğularaq öldürülməsindən sonra ABŞ-ın müxtəlif şəhərlərində kütləvi etiraz aksiyaları keçirilir.