“ABŞ-ın Əfqanıstandakı missiyası çökdü” - Lavrov

abs-in-efqanistandaki-missiyasi-cokdu
Oxunma sayı: 1852

“ABŞ-ın Əfqanıstandakı missiyası çöküb”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, ABŞ hərbi birlikləri Əfqanıstandan çıxır, ABŞ Prezidenti Co Bayden Əfqanıstanda uğurlu missiya həyata keçirdikləri ilə bağlı açıqlamalar verir:

“Əlbəttə, Bayden vəziyyəti mümkün qədər ən müsbət rənglərlə təqdim etməyə çalışdı, ancaq hər kəs missiyanın çökdüyünü anlayır. ABŞ-da da bu, açıq şəkildə qəbul edilməkdədir”.