ABŞ-ın Əfqanıstandakı səfirliyinin yaxınlığında güclü partlayış

ABŞ-ın Əfqanıstandakı səfirliyinin yaxınlığında güclü partlayış
Oxunma sayı: 846

ABŞ-ın Əfqanıstandakı səfirliyinin yaxınlığında güclü partlayış olub.

“Qafqazinfo” “Sinxua” agentliyinə istinadən xəbər verir ki, insident 11 sentyabr hadisələrinin 18-ci ildönümü günündə Kabil şəhərində baş verib. Partlayışdan sonra səfirlikdəki siqnalizasiya qurğusu işə düşüb.

Qurban və yaralılar haqda rəsmi məlumat hələ daxil olmayıb.

Qeyd edək ki, 2001-ci il 11 sentyabr tarixində Əl-Qaidə terror təşkilatı tərəfindən  ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərində hədəflərə qarşı silsilə terror aktları həyata keçirilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi