ABŞ-ın gəmiyə enmək istəyən qırıcısı qəzaya düşdü, yaralılar var

abs-in-gemiye-enmek-isteyen-qiricisi-qezaya-dusdu-yaralilar-var
Oxunma sayı: 1386

ABŞ-ın F-35 qırıcısı Cənubi Çin dənizində USS “Karl Vinson” təyyarədaşıyan gəmisinə enmək istəyərkən qəzaya uğrayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Sakit Okean Donanmasının mətbuat xidməti məlumat yayıb. 

“Qəza F-35С Lightning II qırıcısının 2022-ci il yanvarın 24-də Cənubi Çin dənizində planlı uçuşlar həyata keçirərkən göyərtəyə enişi zamanı baş verib. Pilot təhlükəsiz şəkildə havadan atılıb və hərbi helikopter tərəfindən xilas edilib”, -açıqlamada deyilir. 

Məlumata görə, pilotun vəziyyəti stabildir. Hadisə zamanı yeddi dənizçi yaralanıb, onlardan üçü Filippindəki xəstəxanaya təxliyə edilib.