Əfqanıstanda partlayışda gürcü hərbçilər yaralandı - Yenilənib

efqanistanda-partlayisda-gurcu-herbciler-yaralandi
Oxunma sayı: 887

Əfqanıstanın Parvan şəhərinin Bagram mahalında ABŞ-a məxsus böyük hərbi bazasının qarşısında bomba yüklü avtomobil partlayıb.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, mülki əhali arasında zərərçəkənlər var. Baza yaxınlığında xəstəxana və məktəbin olduğu qeyd olunur.

Əvvəlcə hücumun hədəfinin NATO konvoyu olduğu qeyd edilsə də, daha sonra yaxınlıqdakı xəstəxananın hücumun hədəfi olduğu bildirilərək bu məlumat təkzib olunub.

Hadisə ilə bağlı ətraflı məlumat verilmir.

***

Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, hərbi bazada partlayış nəticəsində Gürcüstan sülhməramlı kontingentinin 5 nümayəndəsi yüngül xəsarət alıb.

Onların xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb: “Kiçik xəsarətlərə baxmayaraq, koalisiya qüvvələri ilə birlikdə terrorçuların təmizlənməsi və aradan qaldırılması əməliyyatında iştirak etməyə davam edirlər”.

Gürcüstan Müdafiə Qüvvələrinin idarəetmə mərkəzi qəza rejiminə keçib.